Sumqayıt Tibb Mərkəzi cərimələnə bilər


  • 20 Sentyabr 15:46

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, Sumqayıt Tibb Mərkəzi üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər