Kürəkənini öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 19 Sentyabr 14:48

Abşeronda kürəkənini öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 3-də keçiriləcək.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Tayır Tayırov Abşeron rayonu, Saray qəsəbəsində kürəkəni, 1989-cu il təvəllüdlü Elvin Ələkbərovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər