Lənkəranda 2 nəfərin xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 19 Sentyabr 14:11

Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İzafət Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Muradağa Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İ.Hüseynov idarət etdiyi minik avtomobili ilə Lənkəran şəhər sakinləri 1996-cı il təvəllüdlü Əzizli Fariz Ceyhun oğlu və 1977-ci il təvəllüdlü Əliyev Ramin Mübariz oğlunu vurub. Qəzada ağır xəsarət alan piyadalar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər