Məhkəmə işdən çıxarılan direktoru haqlı bildi, nazirliyin şikayəti təmin olunmadı


  • 19 Sentyabr 12:58

Bakı Apellyasiya Məhkəməsində məktəb direktoru Güntəkin Cəfərovanın işə bərpa olunması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a direktorun vəkili Siyasət Sultanov məlumat verib.

Onun sözlərinə görə, hakim Akif İskəndərovun sədrliyi ilə keçirilən prosesdə Elm və Təhsil Nazirliyinin şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Güntəkin Cəfərova Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunub. Bundan sonra xanım direktor məhkəməyə üz tutub. Nərimanov Rayon Məhkəməsi Güntəkin Cəfərovanın işdən çıxarılması ilə bağlı qərarı qanunsuz hesab edib və onun iddiasını təmin edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər