Bakıda otel otağından oğurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaşına hökm oxundu


  • 17 Sentyabr 15:58

Bakıda otel otağından oğurluq etməkdə təqsirləndirilən Pakistan İslam Respublikasının vətəndaşı İrfan Arifin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İrfan Arif elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

İ.Arif bildirib ifadəsində bildirib ki, 27 sentyabr 2023-cü il tarixdə işləmək üçün Pakistan İslam Respublikasının Lahor şəhərindən aviareys vasitəsilə Bakı şəhərinə gəlib. Bakı şəhərinə gəldikdən sonra kirayədə yaşamağa başlayıb, çörəkpulu qazanmaq üçün bir müddət qeyri-rəsmi olaraq zəhmət haqqı müqabilində əsasən Pakistandan gələn turistlər üçün bələdçilik edərək onlara Bakı şəhərində müvəqqəti qalmaq üçün otellər tapmağa köməklik edib. Zərərçəkmiş şəxs ilə 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində təsadüfən tanış olub. Tanşlıqdan bir neçə gün sonra zərərçəkmiş şəxs Albaniya Respublikasına getmək istədiyini bildirib bu məqsədlə onun üçün viza düzəltməsini xahiş edib. Zərərçəkmiş şəxs 3500 (üç min beş yüz) ABŞ dolları verəcəyi təqdirdə onun üçün Albaniya Respublikasına viza təşkil edə biləcəyini deyib. Zərərçəkmiş şəxs onunla razılaşaraq bu məqsədlə 01 aprel 2024-cü il tarixdə ona 1700 (bir min yeddi yüz) manat, 12 aprel 2024-cü il tarixdə 200 (iki yüz) manat, sonuncu dəfə 16 aprel 2024-cü il tarixdə günorta saatlarında isə ünvan 1 ünvanında yerləşən "Royal Hotel" otel kompleksində 2000 (iki min) mana pul verib. Beləcə, Albaniya Resblikasına viza təşkil etmək üçün zərərçəkmiş şəxs ona ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində pul verib. Zərərçəkmiş şəxs viza üçün ona verdiyi pulun 540 (beş yüz qırx) manatına özü üçün mobil telefon alıb. Əldə etdiyi məbləğin 820 (səkkiz yüz iyirmi) manatını yaşadığı evə görə kirayə haqqı kimi ödəyib, yerdə qalan məbləği isə yeyib-içməyə sərf edib xərcləyib. Aralarında olan razılaşmaya əsasən viza təşkil etməsi üçün zərərçəkmiş şəxs ona ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində pul verməli olsa da, bu məbləği təşkil edə bilməyib. Zərərçəkmiş şəxs pulunu öz ehtiyaclarına sərf edib xərclədiyi üçün qaytara bilməyib və bu səbəbdən onunla aralarında narazılıq yaranıb. Zərərçəkmiş şəxs hər hansı məbləğdə pulunu oğurlamayıb. 16 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxs onun üçün müvəqqəti qalmaq məqsədi ilə otel tapmasını xahiş edib. Bu məqsədlə onu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən "Royal Hotel" otel kompleksinə aparıb və zərərçəkmiş şəxs orada özünə otaq tutub.

İrfan Arif etdiyi əmələ görə səmimi peşmanlıq hissi keçirdiyini, dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı bir şikayət və tələbin olmadığını, himayəsində 4 övladının olduğunu bildirib, eyni zamanda ölkəsi Pakistan Respublikasına qayıtmaq istədiyini söyləyib. İrfan Arif məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Pakistan vətəndaşına hökm oxunub. Hökmə əsasən, İrfan Arif barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3.500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, İrfan Arif cari ilin aprel ayında "Royal Hotel" otel kompleksində müştəri qismində qaldığı otaqda tanışının gödəkcəsinin cibindən sonuncuya məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini oğurlamaqda təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər