Sığınacaqda rəfiqəsini bıçaqlayan qadına hökm oxundu


  • 16 Sentyabr 11:11

Sosial sığınacaqda rəfiqəsini bıçaqlamaqda təqsirləndirilən Xəzangül İsmayılovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Xəzangül İsmayılova 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxs barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə ötən il iyun ayının 30-da ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsində qeydə alınıb. Belə ki, hər iki şəxs oranın daimi sakini olublar. Münaqişəyə səbəb isə Tatyananın Xəzəngülə "moşennik" deməsi olub. Bundan sonra Xəzangül mətbəxi bıçağı ilə öz rəfiqəsinə ağır xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər