"Zəyəm Texnologiyalar Parkı" cərimələnə bilər


  • 16 Sentyabr 11:04

"Zəyəm Texnologiyalar Parkı" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması) ilə inzibati protokol tərtib olunub.

Protokol Şəmkir Rayon Məhkəməsində hakim Taleh Musayevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, ASC min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər