Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi


  • 16 Sentyabr 11:01

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Fuad Əskərliyə hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Fuad Əskərli 4 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fuad Əskərli qeydiyyatsız münasibətdə yaşadığı Səma Həsənova ilə alarında mübahisə yaranıb və onu döyüb.

Həmin vaxt onlarda qonaq olmuş Elmar Əliyev davanın qarşısını alaraq sakitləşdirmək üçün Fuadın sifətinə sillə vurmasına cavab olaraq Elmar Əliyevin qarın nahiyəsinə bir zərbə vurub.

Fuad Əskərliyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər