Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 13 Sentyabr 17:41

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Fikrət Balabəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Fikrət Balabəyov paytaxtın Suraxanı rayonunda ailə məişət zəminində həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arzu Balabəyovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər