Türkiyə vətəndaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 13 Sentyabr 17:05

Bakıda Türkiyə vətəndaşını bıçaqlamaqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Elvin Məmmədov paytaxtın Biləcəri qəsəbəsi ərazisində Türkiyə Respublikası vətəndaşı, 2003-cü təvəllüdlü Evcil Abdulhakim Sabri oğlunu bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər