Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxs təkrar ekspertizadan keçiriləcək


  • 13 Sentyabr 15:59

Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində olan rəyin məhkəməyə daxil olduğunu bildirib.

Dövlət ittihamçısı Valeh Ələkbərov vəsatət qaldıraraq bildirib ki, iş üzrə 2 ekspertiza rəyi olduğu üçün ziddiyyət yaranır. Ona görə təkrar kompleks komision stasionar psixiatrik-psixoloji ekspertizanın keçirilməsi məqsədəuyğundur.

Vəsatət təmin edilib.

Məhkəmə qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər