Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə yeni rəis təyin edildi


  • 13 Sentyabr 15:27

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə rəis təyin edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində İcra şöbəsinin rəisi vəzifəsinin icrası 1-ci dərəcəli ədliyyə qulluqçusu Mübariz Xalıqverdi oğlu Abdullayevə həvalə edilib.

Qeyd edək ki, Mübariz Abdullayev bu təyinata qədər Göyçay regional ədliyyə idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər