Qohumunun qətlində təqsirləndirilən şəxs 17 il azadlıqdan məhrum edildi


  • 10 Sentyabr 12:08

Xaçmazda qohumunun qətlində təqsirləndirilən Tofiq Balacayevə hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Xaçmaz rayonunda qeydə alınıb. Belə ki, Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tofiq Balacayev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər