- 11:10
"Dünya Göz Azərbaycan" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsnin 492.1-ci (Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Şəhla Süleymanovanın icraatına verilib.
Protokol təsdiq olunsa, "Dünya Göz Azərbaycan" min manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə