Bakıda oğurluq etməkdə təqsirləndirilən qardaşların məhkəməsi başlayır


  • 26 İyul 16:29

Bakıda oğurluq etməkdə təqsirləndirilən Samir Mirzəliyev və Rahib Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Samir Mirzəliyev və Rahib Mirzəliyev Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər