"Qafqaz Konserv Zavodu" cərimələnə bilər


  • 26 İyul 14:17

"Qafqaz Konserv Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Xaçmaz Rayon Məhkəməsində hakim Vüsalə Qasımovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, zavod min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər