Prokuror tanışının qətlində təqsirləndirilən şəxsə 11 il cəza istədi


  • 26 İyul 11:10

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ülvi Muradzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər