Qırğızıstan Azərbaycanın qabaqcıl məhkəmə təcrübəsini öyrənməkdə maraqlıdır - FOTO


  • 25 İyul 15:54

Azərbaycan Respublikasının Ali Məhkəməsində Qırğızıstan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, görüşün keçirilməsində məqsəd Qırğızıstan Respublikasının məhkəmə-hüquq sisteminin rəqəmsallaşdırılmasının dəstəklənməsi istiqamətində Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə-hüquq sisteminin funksional təhlili” layihəsi çərçivəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsidir.

Görüşdə qonaqlara ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, həmçinin Azərbaycanın bütün məhkəmələrində tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemi barədə ətraflı məlumat verilib. Bu sistemin tətbiqindən ötən müddət ərzində qazanılmış nailiyyətlərdən bəhs edilib və sistemə keçid zamanı əldə olunmuş təcrübələr bölüşülüb.

Nümayəndə heyətinin üzvləri məhkəmə sahəsindəki rəqəmsallaşma üzrə Azərbaycanın təcrübəsini yüksək qiymətləndiriblər.

Sonra nümayəndə heyətinin sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Oxşar xəbərlər