Ağdaşda azyaşlının ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 25 İyul 13:29

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Ağdaş şəhəri ərazisində qeydə alınıb. Belə ki,sürücü Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. Yaralı dərhal Ağdaş rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq piyada aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib. Sürücüyə qraşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər