Bakıda kababçını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


  • 24 İyul 14:55

Keşlədə kababçını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Qəhrəman Qəhrəmanovun cinayət işi məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkil vəsatət qaldıraraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəsatət təmin olunmayıb.

Məhkəmənin ilk baxış iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə müalicə aldığı xəstəxanada ölüb. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Q.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.

Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər