"Sağlam Həyat Tibb-Tədris Mərkəzi" barəsində inzibati protokol tərtib olundu


  • 8 İyul 13:26

"Sağlam Həyat Tibb-Tədris Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi) ilə inzibati protokol tərtib olunub.

İşə Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MMC beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclası iyulun 18-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər