"Qarabağ Yükdaşıma Xidməti" 25 min manatadək cərimələnə bilər


  • 8 İyul 13:00

"Qarabağ Yükdaşıma Xidməti" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir MMC barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclası iyulun 18-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər