Tanınmış restorana cərimə yazıldı


  • 8 İyul 12:54

"Hill-Restaurant" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, restoran barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, restoran beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər