“Kürd Elnur”un məhkəməsi başladı


  • 8 İyul 12:09

“Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət qaldıraraq müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Daha sonra prokuror Babaxan Həsənəliyev işin baxışa verilməsini təklif edib.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkilinin təqdim etdiyi vəsatəti təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər