Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən qadının məhkəməsi başlayıb


  • 8 İyul 11:10

Qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə başlayıb.

E-huquq.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Eldar Həmzə işin baxışa verilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Q.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Onun vətəndaşlara qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurduğu bildirilir.

Orxan Rasifoğlu

Oxşar xəbərlər