Göygöldə kompüter avadanlıqları oğurlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 4 İyul 17:03

Göygöldə oğurluq etməkdə təqsirləndirilən Arif Apoyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 18-nə təyin olunub.

Qeyd edək ki, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olan kompüter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də analoji cinayət törətməsi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər