Bakıda istixanadan oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayır


  • 3 İyul 17:39

Bakıda istixanadan oğurluq etməkdə təqsirləndirilən Orxan Rüstəmov, Rafiq Cəfərov və Elmar Xıdırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Orxan Rüstəmov, Rafiq Cəfərov və Elmar Xıdırov Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusu oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayöət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər