"Nurgün Motors" barəsində inzibati protokol tərtib olundu


  • 3 İyul 17:31

"Nurgün Motors" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Protokol təsdiq olunarsa, "Nurgün Motors" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər