Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatdı


  • 3 İyul 16:54

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Müslüm Saidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi “KİA Rio” markalı avtomaşının idarəetməsini itirərək məscidin hasarına vurub. Nəticədə özü müxtəlif bədən xəsarəti alıb, avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər Xan İlqar oğlu Şirəliyev və Nihad Ziyadxan oğlu Mehdizadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər