Ahıl qadının ölümündə ittiham olunan avtobus sürücüsünə hökm oxundu


  • 3 İyul 14:30

Xətai Rayon Məhkəməsində ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Famil İsgəndərova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, F.İsgəndərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunun Babək prospektində qeydə alınıb. Belə ki, Famil İsgəndərov idarə etditi "BMC" markalı avtobusla hərəkətdə olarkən yolu keçməkdə olan piyada 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadın 4 gün sonra orada vəfat edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər