61 yaşlı qadını maşınla vurub öldürməkdə təqsirləndirilən sürücü 3 il azadlıqdan məhrum edildi


  • 3 İyul 13:18

Bakıda piyadanın ölümü ilə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tağı Nurəddinoğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçiriklən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Nurəddinoğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, Tağı Nurəddinoğlu “Kia” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 61 yaşlı Yeganə Məmmədhəsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər