Lənkəranda qəbiristanlıqdan oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


  • 3 İyul 12:44

Lənkəranda oğurluq etməkdə təqsirləndirilən Nail Cəfərov və İlqar Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov şəhər ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boru oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər