Mənimsəmədə təqsirləndirilən tarixçi alim və həyat yoldaşına hökm oxundu


  • 3 İyul 11:02

Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmlə məhkəmə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hər birinə 5 il 6 müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edib. Gülüstan İsayevaya 1 il 6 ay, Səbuhi Hüseynova isə 2 il müddətinə həmin cəzanı şərti tətbiq edib.

Xatırladaq ki, ötən prosesdə prokuror Fariz Rzayev məhkəmədən Səbuhi Hüseynovun 8 il, onun həyat yoldaşı Gülüstan İsayevanın isə 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismindəAzərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər