Sabirabadda atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 2 İyul 16:51

Sabirabadda atasını öldürməkdə təqsirləndirilən Xəyyam Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Xəyyam Səmədov Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası, 1953-cü il təvəllüdlü Mirtahir Səmədova ağır xəsarətlər yetirib. M.Səmədov növbəti gün müalicə aldığı xəstəxanada ölüb. X.Səmədova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər