"Arkoz Qazax Sement Zavodu" cərimələnə bilər


  • 2 İyul 16:36

"Arkoz Qazax Sement Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Qazax Rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, zavod üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər