Bakıda 4 min manatlıq oğurluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 2 İyul 16:17

Bakıda oğurluq etməkdə təqsirləndirilən Sənan Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Sənan Səfərov paytaxtın Nəsimi rayonunda 2 evdən 3 950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər