Dövlət Vergi Xidməti barədə inzibati protokol tərtib olunub


  • 2 İyul 12:38

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Məlumat üçün bildirək ki, bu xətaya görə vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər