Xarici şirkətin Azərbaycandakı filialına cərimə yazıldı


  • 2 İyul 12:25

"Tolkun Lojistik" Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər