Məhkəmə piyadanın ölümündə təqsirləndirilöən sürücü ilə bağlı qərar verəcək


  • 2 İyul 10:50

Astarada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Hakim Zamin İbrahimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək kiI, Ramil Məmmədov rayonunun Ərçivan qəsəbəsi ərazisində idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb. Sürücüyə qarşı Cinayöət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər