Ucarda yarımstansiyadan oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır


  • 1 İyul 17:37

Ucrada oğurluq etməkdə təqsirləndirilən Anar Əhmədov, Arif Şirəliyev və Felmar Türbəndəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Hakim Xəyal Bədəlovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.

Qeyd edək ki, Anar Əhmədov, Arif Şirəliyev və Felmar Türbəndəyev rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10000 manata yaxın maddi ziyan vurmaqda təqsirləndirilirlər. Hər 3 şəxs törətdiyi əməli etiraf edib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər