Özünü vəkil kimi təqdim edib qadınları şantaj edən şəxsin məhkəməsi başlayır


  • 1 İyul 17:15

Balakəndə hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Samir Əmrahovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Samir Əmrahov sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim etdikdən sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bununla da o, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Onun Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub. S.Əmrahova qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər