Statistik məlumatların verilməsi qaydalarını pozan şirkətə cərimə yazıldı


  • 1 İyul 17:08

"Umid Babek Operating Company" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər