Xuliqanlıqda təqsirləndirilən idmançılara hökm oxundu - FOTO - YENİLƏNİB


  • 1 İyul 14:46

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Rüfət Əsədov və Vüqar Kərəmov hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tofiq Musayev isə 1500 manat cərimə edilib.

***

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesdə vəkillər müdafiə çıxışı ediblər.

E-huquq.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar barələrində ədalətli qərara qəbul edilməsini, bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bundan sonra hakim hökm qəbul etmək üçün müşavirə otağına yollanıb.

Yaxın saatlarda hökm elan ediləcək.

***

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Müslüm Şahmarov ittiham nitqi ilə çıxış edib.

Prokuror Ruslan Əfəndiyev, Rüfət Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Tofiq Musayevin hər birinin 1 il azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror Tofiq Musayev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin ləğv edilməsini, məhkəmə zalından həbs edilməsini istəyib.

İttihama görə, hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər. Təqsirləndirilən şəxslər Həsən Əzizovu cəzalandırmaq qərarına gəliblər. Buna səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub. Dəstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar.

Daha sonra Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar. Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Orxan Rasifoğlu

Oxşar xəbərlər