Bakıda tanışının qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 28 İyun 17:29

Bakıda tanışının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər