Hədə-qorxu ilə 10 min manat tələb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 28 İyun 17:20

Biləsuvarda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən İsmayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, rayonun Ovçubərə kənd sakini İ.İsmayılov Faiq Zeynalovdan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10000 manat tələb etməkdə, nəticədə onun onlayn və nağd olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirməkdə təqsirləndirilir. Onun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər