"Avromed Company" cərimələnə bilər


  • 28 İyun 17:15

"Avromed Company" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Avromed Company” min beş yüz manat məbləğində cərimə ediləcək. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər