Balakəndə bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 28 İyun 17:07

Balakəndə bacısını bıçaqlamaqda təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 8-nə təyin olunub.

Qeyd edək ki, Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər