"Optimal Elektronika"ya cərimə yazıldı


  • 28 İyun 17:03

"Optimal Elektronika" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər