Mahir Quliyevin cəzası azaldıldı


  • 28 İyun 11:20

Ali Məhkəmədə Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər