Mənimsəmədə təqsirləndirilən direktorun məhkəməsi başlayır


  • 27 İyun 17:27

Mingəçevirdə mənimsəmədə təqsirləndirilən Azər Qazıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Elza Cəbrayılzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Azər Qazıyevin Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəmə və israf etmədə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər